“Evimiz yanıb, divarları qalıb“ - Fədayə Laçın
13-05-2023, 20:08
16 823

“Evimiz yanıb, divarları qalıb“ - Fədayə Laçın

Pandemiya zamanı Moskvaya köçərək fəaliyyətini orada davam etdirən müğənni Fədayə Laçın ona ev bağışlanması ilə bağlı yayılan xəbərlərə ayrınlıq gətirib. 
Bu haqda sosial şəbəkə hesabında yazan sənətçi bu xəbərlərin yalan olduğunu açıqlayıb. 
F.Laçın ona ev bağışlamaq istəyən olsa, bunu məmnuniyyətlə qəbul edəcəyini də qeyd edib: 
"Daha bezdim. Bu ev bizim deyil. Əgər mənə ev bağışlamaq istəyirsinizsə, ruslar demiş, olar. İmtina etmərəm. Dəliyəm, imtina edim? Amma çox sağ olun. Bu bizim ev deyil. Özü də mən deməmişəm evimizin izi qalmayıb. Demişəm ki, mənim doğulub, böyüdüyüm evi yandırmışdılar. Divarları qalıb, ona şükür". 

Oxşar xəbərlər