Qyanarinfo xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib.
O, bu müddət ərzində 117 ağır xəstə üzərində gərgin əməlliyyatlar apardığını qeyd edib: "Həkimlərimiz gecə - gündüz əllərindən gələni əsirgəmədilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhtəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik. Həmin zamanlar baş verən bir sıra maraqlı və yadda qalan faciəvi anlarla da qarşılaşdım. Heç vaxt yadımdan çıxmayan bu epizodları istəyirəm ki, sizinlə də bölüşüm. İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi və daha birisinin isə iki gözünü itirdiyindən- həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi deməsi- mənim həyatımda rast gəlmədiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri olduğunu hesab edirəm. Və yaxud başqa bir ağır yaralı əsgərin "canım- qanım torpağıma və Azərbaycanıma qurbandır” söyləməsi məni nə qədər qürürlandırdığını heç cür sözlə ifadə edə bilmirəm”.








