Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
7-12-2020, 16:26
171

Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ

Şuşa şəhərinə ikinci (alternativ) mənbədən içməli su kəməri çəkilir.
Bunu report-a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
“Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq”, – deyə o qeyd edib.
Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.

Oxşar xəbərlər