Bakıda yolda təhlükəli vəziyyət
16-05-2023, 13:56
1 016

Bakıda yolda təhlükəli vəziyyət

Bakıda magistral yolların birində təhlükəli vəziyyət yaranıb.
Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Məlumata görə, aeroport yolunun Sabunçu rayonu ərazisində işıq dirəklərinin birinin projektoru yararsız vəziyyətə düşüb.
İşıq lampasının yerə düşmək ehtimalı var. Bu səbəbdən də ərazidən keçən hər hansı avtomobilə ziyan dəyə bilər.
Aidiyyəti qurumların tez bir zamanda müdaxilə etməsi gərəkdir.

Oxşar xəbərlər