Gələn həftə MİQ imtahanlarına sənəd qəbulu başlayır
16-05-2023, 16:31
6 588

Gələn həftə MİQ imtahanlarına sənəd qəbulu başlayır

"Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək.
Nazir bildirib ki, bu il 31 imtahan mərkəzində imtahanlar keçiriləcək: "Son 10 ildə 4 müəllimdən biri müsabiqə əsasında, 3-ü isə köhnə sistem əsasında işə qəbul olunub. Bu il 10 minə yaxın vakansiya elan olunacaq".

Oxşar xəbərlər