Bakıda orta aylıq əməkhaqqı 1 100 manata yaxınlaşır
17-05-2023, 13:32
1 131

Bakıda orta aylıq əməkhaqqı 1 100 manata yaxınlaşır

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat verir.
Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 854,5 manat təşkil edib.

Oxşar xəbərlər