“2000-lərin əfsanələri” Bakıda konsert verəcək
17-05-2023, 16:23
6 163

“2000-lərin əfsanələri” Bakıda konsert verəcək

Bakıda “2000-lərin əfsanəsi” adlı konsert keçiriləcək.
17 iyunda Yaşıl Teatrda baş tutacaq gecədə 2000-ci illərdə hit mahnıları ilə ön plana çıxan sənətçilər yer alacaq.
Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Almaz Ələsgərli, Manana Çaparidze, müğənnilər Samir Bağırov, Elnarə Xəlilova, Emma Ələkbərzadə, Elnur Məmmədov, Samirə AliMaryam və Nazim Pişiyari (Faytonçu Nazim) səhnədə sözügedən dönəmlərdə dillər əzbəri olan mahnılarını səsləndirəcək.
Gecənin aparıcısı 2000-ci illərin TV ulduzu Kamran Həsənlidir. Tədbir təkcə konsert proqramı ilə deyil, nostalji hisslər yaşadan digər məqamları ilə də diqqət çəkəcək. Gecəyə biletlər 15 manatdan başlayır.



Oxşar xəbərlər