Azərbaycanda 15 yaşlı qız ərə verilir
17-05-2023, 17:30
6 064

Azərbaycanda 15 yaşlı qız ərə verilir

Beyləqan rayonunun Şahsevən kəndi ərazisində valideyn yeniyetmə qızını məcburi şəkildə evləndirməyə çalışıb. 
Bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə məlumat verib. 
Məlumata görə, 15 yaşlı qız dəfələrlə ayrı-ayrı şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Hazırda onun toyu üçün dəvətnamələrin verildiyi deyilir. 
Bu barədə DİN -in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı xəbərləri var: "Fakt araşdırılır". 
  • Azərbaycanda 15 yaşlı qız ərə verilir - FOTO

Oxşar xəbərlər