Bu ilin 3 ayında 54 üçəm doğulub
17-05-2023, 18:18
6 033

Bu ilin 3 ayında 54 üçəm doğulub

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27753 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.

Oxşar xəbərlər