Tünzalə də onunla səhnəyə çıxacaq!
18-05-2023, 15:10
664

Tünzalə də onunla səhnəyə çıxacaq!

Bəstəkar-müğənni Murad Arifin sabah baş tutacaq konsertində Xalq artisti Tünzalə Ağayeva da səhnəyə çıxacaq.
Bu barədə sənətçi sosial media hesabında paylaşım edib. Məşqlərdən görüntüləri paylaşan Murad fikirlərini dilə gətirib:
“Konsertə 2 gün qaldı! Daha bir sirrin üstünü açıram! “Ürəyimsən”I 14 il öncə bəstələdim... 14 il boyunca sevilən bir nəğmə... Əlbətdə ki, biz bu tarixi Tünzalə ilə yazdıq! 19 May, əvəzolunmaz və peşəkar dostumla sizə ən xoş anları yaşadacağıq! İllər, məsafələr də şahid... Bu konsertdən olmayacaq! Ürəyimizi sizə açmağa tələsirik...”.
Qeyd edək ki, konsert Heydər Əliyev sarayında gerçəkləşəcək.

Oxşar xəbərlər