Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım
23-05-2023, 10:58
810

Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım

Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb.
O, bu barədə "Facebook" hesabında paylaşım edib.
E.Aslanova Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşüb.
“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım. Amma Everest məni buraxmırdı. 19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım və beləliklə Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və fəxr edirəm", - deyə xanım alpinist paylaşımda bildirib.
Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır və onun hündürlüyü 8848 metrdir.
  • Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım - FOTO

Oxşar xəbərlər