
Cəmiyyət
23-05-2023, 13:41
719
Metronun “Elmlər Akademiyası” stansiyası ətrafında ilan peyda olub
Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Hadisə “Elmlər Akademiyası” metro stansiyası ətrafında, Mətbuat prospekti, 501-ci məhəllədə qeydə alınıb.
Sakinlər binanın girişində ilan gördükdən sonra bellə onu zərərsizləşdiriblər.
Qeyd edək ki, oxşar görüntülər ötən ilin yay aylarında da baş verib və yaşayış yerlərində ilanlara rast gəlinib.