Naxçıvanda düşən dolunun diametri 6 mm olub
23-05-2023, 13:57
759

Naxçıvanda düşən dolunun diametri 6 mm olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün Naxçıvan şəhərində güclü yağış yağması ilə bağlı açıqlama verib. 
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dünən axşam və bu gecə Naxçıvanda leysan xarakterli yağış yağıb, şimşək çaxıb, dolu düşüb:
“Düşən yağıntının miqdarı Naxçıvanda 37 mm (aylıq normanın 94%-i), Şahbuzda 5 mm, Ordubadda 2 mm-dək olub”.
O qeyd edib ki, ötən gün saat 18:40 radələrində Naxçıvanda diametri 6 mm olan dolu düşüb:
“Ötən gün Naxçıvanda qərb küləyi arabir 20 m/s-dək güclənib. Havanın temperaturu Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək isti, Naxçıvanda 28 dərəcəyədək isti, dağlıq rayonlarda 22-26 dərəcə isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək isti, aran rayonlarında 33 dərəcəyədək isti olub”.

Oxşar xəbərlər