Azərbaycanda 845 qramlıq körpə doğuldu
24-05-2023, 13:34
993

Azərbaycanda 845 qramlıq körpə doğuldu

Azərbaycanda 845 qramlıq körpə dünyaya gəlib.
Bu barədə Respublika Perinatal Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, Əzizova Nargilə 38 yaşında RPM-ə hamiləliyin 28-ci həftəsində "Kəskin bətndaxili hipoksiya, Dölün bətndaxili inkişaf ləngiməsi, Uşaqlıq üzərində çapıq, Sağrı gəlişi, Talassemiya daşıyıcısı" diaqnozu ilə daxil olub:
"Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi Talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə 845 qr, boyu 33 sm, oğlan uşağı dünyaya gəldi.
Uşaq yenidoğulmuşların reanimasiya şöbəsində, sonra isə patologiya şöbəsində müalicə alıb.
18.05.2023-cü il tarixdə kafi vəziyyətdə 79-cu günündə evə yola salındı. Yola salınarkən çəkisi 1450 qr olub".


Oxşar xəbərlər