Şəhid Azər Məmmədovun övladı dünyaya gəldi
26-05-2023, 15:21
1 119

Şəhid Azər Məmmədovun övladı dünyaya gəldi

“YAŞAT” Fondu sentyabr şəhidinin övladının xərclərini qarşılayıb.
Bu barədə Fonddan məlumat verilib.
Bildirilib ki, 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun Sumqayıt şəhərində doğulan övladı Azayın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Layihə indiyədək 106 şəhid övladını əhatə edib.
  • Şəhid Azər Məmmədovun övladı dünyaya gəldi - FOTO
  • Şəhid Azər Məmmədovun övladı dünyaya gəldi - FOTO
  • Şəhid Azər Məmmədovun övladı dünyaya gəldi - FOTO

Oxşar xəbərlər