Bu xəttə yeni avtobuslar buraxıldı, kartla işləyəcək
26-05-2023, 16:07
7 005

Bu xəttə yeni avtobuslar buraxıldı, kartla işləyəcək

77 nömrəli müntəzəm marşrut xətti (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) üzrə sərnişindaşımalarının keyfiyyəti yaxşılaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qurumun tələbinə uyğun olaraq iyunun 1-dən 77 nömrəli marşrut üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-yə məxsus, müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcək. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada BakıKart vasitəsi ilə həyata keçiriləcək.
Məlumat üçün qeyd edək aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciətləri daxil olub.



Bu xəttə yeni avtobuslar buraxıldı, kartla işləyəcək
Bu xəttə yeni avtobuslar buraxıldı, kartla işləyəcək

Oxşar xəbərlər