Portuqaliya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı
26-05-2023, 16:49
7 090

Portuqaliya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram".

Oxşar xəbərlər