“İstəmirəm qızım məşhur olsun”
29-05-2023, 18:47
6 621

“İstəmirəm qızım məşhur olsun”

Müğənni Sevda Yahyayeva qızı Aylanın üzünü gizlətməyinin səbəbini açıqlayıb.
İfaçı bu barədə “Şou xəbər” verilişində danışıb:
“Bizi sevənlərə balaca Aylanı təqdim edəcəyik. Bir yaşını dostlarımızla keçirəcəyik. Düşünürəm ki, bəlkə uşaq böyüyəndə bizim kimi tanınmış sima olmaq istəməz. Bizi sevənlər onu görmək istəyir, ancaq istəmirəm o məşhur bir simaya çevirilsin. Onu həkim kimi görmək arzumdur”.
Qeyd edək ki, Sevda tanınmış həkim Zakir Bayramovla evlidir.

Oxşar xəbərlər