Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı olub - FOTO
9-12-2020, 18:18
181

Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı olub - FOTO

Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefinin açılış mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər. Tədbirdə Vətən Müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
Qeyd edək ki, C. Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!


Oxşar xəbərlər