Nazir Sahibkarlığın İnkişafı Fonduna ayrılan vəsaiti açıqladı
31-05-2023, 11:21
887

Nazir Sahibkarlığın İnkişafı Fonduna ayrılan vəsaiti açıqladı

“Sahibkarlığın İnkişafı Fonduna ümumilikdə 145,9 milyon manat güzəştli kredit ayrılıb”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb”.

Oxşar xəbərlər