Cəmiyyət
31-05-2023, 12:26
1 096
Məktəbə yaxın ərazilərdə siqaretlərin satışı qadağan edilsin - TƏKLİF
“İctimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, məktəbə yaxın ərazilərdə siqaret satışının qadağan edilməsi və s. məsələlərlə əlaqəli qanunun icrası ilə bağlı heç bir ciddi addımlar atılmayıb”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat eyni zamanda şəhid ailələləri və qazilərin iş və mənzillə təminatı məsələsinə də toxunub: “Bu yaxınlarda kəlbəcərli şəhid həkimin ailə üzvü mənə müraciət etmişdi ki, ev təminatı ilə bağlı imtiyazlarından yararlana bilmirlər. Bildiriblər ki, onlara Kəlbəcərdə tikiləcək evlərdən verəcəklər. Bir kəlbəcərli kimi ata yurdundan onlara ev düşür, amma onların qeydiyyatı hazırda Bakıdadır və evlənəcək oğlu var. Ev olmadığından evlənə bilmir. Bu kimi məsələləri həll etmək lazımdır”.