Cəmiyyət
1-06-2023, 12:23
892
"Dəyişiklik yeni avtomobil alanlardan daha çox vəsait almağa hesablanıb" - Deputat
"Avtomobillərin utilizasiyası ilə bağlı qanuna dəyişiklik atmosfer havasının çirklənməsinin qarşısını almağa deyil, yeni avtomobil alanlardan daha çox vəsait almağa hesablanıb".
Bunu Milli Məclisdə komitə iclasında deputat Asim Mollazadə deyib.
O bildirib ki, biz əgər atmosfer havasının çirklənəmsinin qarşısının alınmasını istəyiriksə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq:
"Biz Bakının havasına köhnə sovet dövründən qalmış avtobuslarının təsirini görmüşük. Bizim müzakirə etdiyimiz qanun bu məsələ ilə bağlı deyil. Hesab edirəm ki, qanun layihəsi yenidən işlənməlidir. Təqdim olunan rəqəmlər də aydın deyil. Hesab edirəm ki, bu qanun avtomobil qiymətlərinin artmasına gətirib çıxaracaq".