Cəmiyyət
5-06-2023, 13:13
1 891
"İran Tehrandakı səfirliyimizin bərpası ilə bağlı bizə müraciət göndərib" - Nazir
İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı Azərbaycana müraciət edib.
Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
XİN rəhbəri bildirib: "İran tərəfi diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bizə bir neçə müraciət göndərib".
Nazir qeyd edib ki, səfirliyin fəaliyyətinin bərpası və diplomatik nümayəndəliyə hücumun hallarının araşdırılması məsələləri bir-biri ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi hücuma görə məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılacağına tam əmin olmalıdır.
"Bütün müvafiq təminatlar Azərbaycan tərəfinə sözdə deyil, əməldə verilməlidir", - Bayramov əlavə edib.
Eyni zamanda o vurğulayıb ki, hazırda İran tərəfi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı araşdırmanı davam etdirir.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış terrorçu diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən sıfirliyin daha iki əməkdaşı yaralanıb.