Cəmiyyət
10-12-2020, 13:40
164
Hər kəs öz evinin “qoruyucu qəhrəmanı” olmalıdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) öz “Facebook” səhifəsində COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.
Müraciətdə deyilir: “Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də aralarında olduğu minlərlə insanın koronavirusa yoluxması bu bəlanın nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda, onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin “qoruyucu qəhrəmanı” olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.
Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.
Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur. Biz birlikdə güclüyük”.