Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul etdi
9-06-2023, 12:36
563

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul etdi

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.
Bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Oxşar xəbərlər