Azərbaycanda hərbi qulluqçu vəfat edib - YENİLƏNİB
10-06-2023, 13:43
16 050

Azərbaycanda hərbi qulluqçu vəfat edib - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Rahil Rahib oğlu Əhmədovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qubadlı Hərbi Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
13:33
Azərbaycanda hərbi qulluqçu vəfat edib.
Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE), 2000-ci il təvəllüdlü Rahil Rahib oğlu Əhmədov Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində dünyasını dəyişib.
Onun silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilir.
Rahil Əhmədovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.


Oxşar xəbərlər