Cəmiyyət
13-06-2023, 13:37
1 054
Azərbaycanda pomidorla dolu yük avtomobili aşdı
Hacıqabul rayonunda pomidorla dolu yük avtomobili aşıb.
Report xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, pomidorla dolu “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Hadisə zamanı sürücü müxtəlif dərəcəli yüngül xəsarətər alıb.
Maşında olan pomidor məhsulu yola dağılaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.