50 il sonra məzun olduqları məktəbdə görüşdülər
14-06-2023, 18:45
6 157

50 il sonra məzun olduqları məktəbdə görüşdülər

50 il əvvəl Bakıda məzun olan 1 saylı fizika-riyaziyyat təmayüllü Respublika internat məktəbinin şagirdləri məzun günündə görüşüblər.
Onlar 1973-cü ildə bitirdikləri məktəbin həyətində görüşüblər.
Bu barədə İTV-də material nümayiş olunub. 
Çəkiliş zamanı şagirdlər parta arxasında əyləşdikləri siniflərində də olublar.
Sinifdəki 31 şagirddən cəmi 18-i bir araya gələ bilib. 6 nəfəri vəfat edib. 6 nəfər haqqında isə məlumat yoxdur. Onlar sinif rəhbərləri Tahirə Ağayevanı da görməyə gediblər. Onun hazırda 85 yaşı var. 

Oxşar xəbərlər