Bu maşınların satışı ƏDV-dən azad olunur
16-06-2023, 11:56
1 657

Bu maşınların satışı ƏDV-dən azad olunur

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.
Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.
Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər