Dəstəfurçay-Qaraqollar çayından sel keçib - FAKTİKİ HAVA
16-06-2023, 15:00
7 005

Dəstəfurçay-Qaraqollar çayından sel keçib - FAKTİKİ HAVA

İyunun 16-sı saat 14:00-a olan məlumata əsasən Daşkəsən, Göygöl, Neftçala, Xınalıq, Quba, Biləsuvarda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yağan leysan yağış nəticəsində saat 13:20 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay- Qaraqollar çayından sel keçib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 18-20 m/s-dək güclənib.

Oxşar xəbərlər