"Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası məsələsini müzakirə edəcək" - XİN
19-06-2023, 15:44
6 953

"Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası məsələsini müzakirə edəcək" - XİN

İyunun 19-da Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr zamanı iki ölkənin Dövlət Sərhədinin Demarkasiyası və Delimitasiyası üzrə Dövlətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı qeyri-rəsmi müzakirə aparılacaq. 
Bunu Tbilisidə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Həmin məsələlərin rəsmi müzakirəsi olmayacaq, lakin biz o məsələləri qeyri-rəsmi şəkildə də nəzərdən keçirəcəyik. O cümlədən, biz fikir mübadiləsi aparacağıq və təbii ki, komissiyanın işinin davam etdirilməsi ilə bağlı müəyyən fikirləri bölüşəcəyik", - deyə XİN rəhbərinin müavini açıqlayıb. 

Oxşar xəbərlər