Bugünki imtahanda maksimal balı bu müəllim topladı
20-06-2023, 17:55
6 395

Bugünki imtahanda maksimal balı bu müəllim topladı

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb.  
Bu, Salyan rayonunun Salman Cəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır. 
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.  

Oxşar xəbərlər