Cəmiyyət
23-06-2023, 11:58
718
Həcc ziyarətinə 1,5 milyon zəvvar gedib
Səudiyyə Ərəbistanı pasportlar baş idarəsinin tviter hesabında yaydığı açıqlamada müsəlmanların həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam etdiyi bildirilir.
Açıqlamada xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvarların sayının iyunun 21-nə bir milyon 499 min 472-yə çatdığı, onlardan bir milyon 435 min 14-nün hava yolundan istifadə etdiyi qeyd olunur. Daha 59 min 744 nəfər quru yolları, 4 min 714 nəfər isə dəniz yolu ilə gəlib.