Cəmiyyət
23-06-2023, 14:03
855
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik qəbul olundu
Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliklər barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, adıçəkilən qanuna 4 yeni maddə əlavə olunub, milli qanunvericiliyə 18 yeni anlayış gətirilib, eyni zamanda 11 maddə üzrə 86 dəyişiklik edilməsi təklif olunub.
Ümumilikdə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub.
Təqdimatdan sonra dəyişikliklər müzakirəyə çıxarılıb.
Sonda dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.