
Cəmiyyət
23-06-2023, 14:18
991
Daşkəsən-Gəncə avtomobil yolunda hərəkət bərpa edildi
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Bununla yanaşı, sözügedən yollar nəzarətdə saxlanılır, dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində aparılan işlər davam edir.