Telman İsmayılov 5 milyona sığınacaq alıb? - ÖZÜ DANIŞDI
23-06-2023, 15:02
1 159

Telman İsmayılov 5 milyona sığınacaq alıb? - ÖZÜ DANIŞDI

“Çernoqoriyada siyasi sığınacaq almaq üçün heç kimə pul verməmişəm”.
Lent.az-ın məlumatına görə, bu barədə azərbaycanlı milyonçu Telman İsmayılov açıqlamasında bildirib. 
Bir qədər öncə Çernoqoriyanın gələcəyi uğrunda hərəkatı biznesmeni 5 milyon dollar müqabilində bu ölkədə siyasi sığınacaq almaqda ittiham etmişdi.
İsmayılov bildirib ki, sivil ölkələrdə belə böhtanlara görə məhkəməyə verirlər. Amma o hələ ki, buna tələsmir. 
Onun dediyinə görə, 2000-ci ilin oktyabrında yerli hökumət qanuni qaydada ona siyasi sığınacaq verib. 

Oxşar xəbərlər