Axıncaçaydan sel keçir - FAKTİKİ HAVA
24-06-2023, 10:53
931

Axıncaçaydan sel keçir - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 
Düşən yağıntının miqdarı Qaxda 8 mm, Ordubadda 4 mm, Şahbuz, Sədərəkdə 3 mm, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 mm-dək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda  duman müşahidə olunub. 
Tovuz rayonu ərazisindən keçən Ağdam Axıncaçaydan hazırda sel keçir.

Oxşar xəbərlər