Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
15-12-2020, 16:08
168

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 
Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. 

Oxşar xəbərlər