Cəmiyyət
29-06-2023, 14:00
1 771
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
Dəniz və günəş vannası qədər insan bədəni üçün qum da çox faydalıdır. Tətildə həm gənc, həm də sağlam qalmaq üçün qumun faydalarından istifadə etmək məsləhət görülür.
Nəm dəniz qumunda gəzmək damarları genişləndirir, arterial təzyiqi normallaşır, miqrenə müsbət təsir göstərir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, isti qum xeyirdir deyib saatlarla qumdan çıxmayan insanlar var. Lakin bu, dəri yanıqları, allergik reaksiyalar yarada bilər:
“Dəniz qumu təbii fizioterapiya vasitəsi sayıla bilər. Əsas mexanizm müəyyən temperatura çatmış termostabil istiliyin bədən səthinə ötürülməsidir. Bu zaman dəri, dərialtı piy təbəqəsi, oynaqlar daha çox qıcıqlanır, daha çox istilik alır, damarlar, kapilyarlar genişlənir və qan axını artır, nəticədə dərinin qan təchizatının stimulizasiyası baş verir, oynaqlarda qan təchizatı yüksəlir və bəzi xroniki xəstəliklərin, el arasında revmatizm kimi bilinən xəstəliyin, dərinin bəzi xəstəliklərinin müalicəsində effektiv təsir göstərir.
Dəniz qumunun əsas təsir mexanizmlərindən biri onun epidermisin (İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması) üzərində olan müxtəlif artımların müalicəsidir. Bu qumun bəzi xırda hissəciklərin, polikoid şəklində və s. xüsusilə dabanda olam keratozların, qum vasitəsilə hamarlanması effekti də var. Digər tərəfdən, burada ekspozisiya müddətinin önəmi var, yəni müəyyən termostabil istiliyin ekspoziya müddəti bir zaman daxilində olmalıdır”.
Onun sözlərinə görə, qumla müalicə mütləq həkim nəzarətində aparılmalıdır:
“İndi Azərbaycanda dəniz kənarlarında məhz buna hesablanan sanatoriyalar var, bu sanatoriyalarda həkimlə müəyyən edir ki, qumda nə qədər qalmaq olar, hansı saatda girmək olar. Ekspozisiya müddəti o deməkdir ki, qumda həddən artıq qaldıqda, bu zaman uşaqlarda istivurma, dəri yanıqları, dərinin həddən artıq qıcıqlanması baş verə bilər. O baxımdan qumda qalma - ekspoziya müddəti çox önəmlidir. İstənilən halda, təbii istilik vasitəsi. Müəyyən xəstəliyin müalicəsi üçün qumda terapiya mütləq həkim tərəfindən nəzarətdə olmalıdır”.