Nüşabə qızına xınayaxdı etdi - VİDEO
30-06-2023, 18:08
7 720

Nüşabə qızına xınayaxdı etdi - VİDEO

Müğənni Nüşabə Musayevanın qızının xeyir işi olub. 
Sənətçi paytaxtın dəbdəbəli məkanlarından birində qızı Elnarəyə xınayaxdı məclisi təşkil edib. Onun qızı Oğuzhan Kaya adlı türk bəylə həyatını birləşdirir. 
Məclisdə Nüşabənin ailə üzvləri, yaxınları iştirak ediblər. Xına məclisini şairə Nazilə Səfərli idarə edib. 
Xatırladaq ki, Elnarə Tükiyədə təhsil alır. Cütlük ötən ilin avqustunda Türkiyədə nişanlanıb. Onların toy mərasimi sabah baş tutacaq.

VİDEO
 

Oxşar xəbərlər