Cəmiyyət
3-07-2023, 13:39
1 535
Qaradağda 13 avtomobilin əzildiyi yerə beton düzüldü - FOTO
İyunun 18-də Bakı-Qazax yolunun 30-cu kilometrliyində zəncirvari qəzanın baş verdiyi ərazidə qabaqlayıcı tədbirlər görülüb.
qafqazinfo xəbər verir ki, Sahil qəsəbəsi yaxınlığındakı mağazanın ön hissəsinə beton arakəsmələr yerləşdirilib. Beləliklə, magistral yol ilə mağazanın önündəki parkın ərazisi arasındakı birbaşa əlaqə ləğv edilib.
Sürücülər isə təhlükəli vəziyyətin hələ də davam etdiyini, sürətli yolda marketə görə bir çox avtomobillərin sürətini azaltmasının ciddi təhlükə yaratdığını bildirirlər.
Qeyd edək ki, iki həftə əvvəl baş vermiş hadisə zamanı ağırtonnajlı yük maşını marketə yaxınlaşmaq istəyərkən sürətini azalda bilməmiş və 13 avtomobili əzmişdi.