Türkiyəni ən çox güldürən adam - "Şaban"ın vəfatından 23 il ötür
3-07-2023, 14:04
1 569

Türkiyəni ən çox güldürən adam - "Şaban"ın vəfatından 23 il ötür

Hamımızın "Şaban" kimi tanıdığı, Türkiyəni ən çox güldürən adam - aktyor Kamal Sunalın vəfatından 23 il ötür.
"Haber Global"xəbər verir ki, onun vəfatından sonra doğulan uşaqlar belə onunla böyüyüb, onunla gülürlər.
K. Sunal son müsahibəsində demişdi ki, mən həmişə hər yerdə zarafat edən adam deyiləm, arabir ağlayıram. Onun gülmək yox, güldürmək idi.
O, 3 iyul 2000-ci ildə 83-cü filmi "Balalayka"nın çəkiliş meydançasına gedərkən mindiyi təyyarədə 55 yaşında infarktdan vəfat edib.
Qeyd edək ki, Kamal Sunal 1974-cü ildə Gül Sunalla ailə həyatı qurub. Bu evlilikdən onların Əli adlı oğlu və Ezo adlı qızı var. VİDEO

Oxşar xəbərlər