"Disney" cinsi ayrı-seçkilikdə ittiham olunur
3-07-2023, 14:12
1 567

"Disney" cinsi ayrı-seçkilikdə ittiham olunur


"Walt Disney" şirkəti 2015-ci ildən bəri Kaliforniyadakı qadın əməkdaşlarının məvaciblərini sistematik olaraq az verməkdə günahlandırılır.

Bu barədə "The Guardian"ın məlumatında bildirilib.
Bu səbəbdən işçilər təxminən 151,6 milyon dollar itiriblər. Şirkətə qarşı məhkəmədə iddia qaldırılıb.
İddiaçılar studiyanın keçmiş və indiki işçiləridir.
Məsələ ilə bağlı tədqiqatı iqtisadçısı David Nyumark aparıb. Məlum olub ki, studiya oxşar işlərə görə qadınlara kişilərdən orta hesabla 2% az maaş verir.
Bu da dövlətin bərabər əmək haqqı qanununu pozur.

Oxşar xəbərlər