Cəmiyyət
3-07-2023, 16:16
6 743
Fatmayıda toyuq, Pirşağı yolundan şirniyyat, Mehdiabad qəbirstanlığından şam ağacı oğurladı
Abşeron rayonunun Mehdiabad qəbirstanlığında 5 ədəd 50 manat dəyərində şam ağacı oğurlanıb.
Hadisəni törədən 1992-ci ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş Sultan (şərti) adlı şəxs saxlanılıb.
Aparılan araşdırma zamanı bəlli olub ki, təqsirləndirilən şəxs Fatmayı kəndində evlərin birindən 3 ədəd toyuq oğurlayaraq, 45 manata satıb. O, həmçinin Mehdiabad-Pirşağı yolunda yerləşən şirniyyat evindən 80 manat pul və 20 manat dəyərində şirniyyat oğurlayıb. Həmin ərazidə evdən 80 manat dəyərində 35 metr uzunluqda kabel götürüb.
Bundan başqa, Mehdiabad qəbirstanlığında Adil (şərti) adlı şəxsin nəvəsinin məzarından 5 ədəd 50 manat dəyərində şam ağacını, daha bir şəxsin məzarından 1 ədəd 100 manat dəyərində dəmir qapı və 3 ədəd 60 manat dəyərində güldan oğurlayıb. Elə həmin gün Mehdiabad qəsəbəsində yerləşən həyətlərin birinə daxil olaraq, 100 manat dəyərində 16 ədəd ev quşu oğurlayıb.
Məhkəmənin qərarı ilə Sultan İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1 ay müddətinə inzibati qaydada həbs olunub.