"Qarabağ" türkiyəli hücumçu üçün rəsmi təklif göndərib
3-07-2023, 17:41
6 877

"Qarabağ" türkiyəli hücumçu üçün rəsmi təklif göndərib

İki ildir Türkiyənin "Samsunspor" klubunda çıxış edən Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.
"Ajansspor" xəbər verir ki, "Qarabağ" 27 yaşlı hücumçu üçün I Liqa təmsilçisinə təklif göndərib.
Məlumata görə, "Qarabağ"la yanaşı, Belçika təmsilçisi "Mexelen" də türkiyəli oyunçu ilə maraqlanır.
Azərbaycan klubunun bu transferdə ciddi olduğu bildirilir.
Qeyd edək ki, Ahmet Saqat ötən il "Menemenspor"dan "Samsunspor"a keçib. Sağat "Menemenspor"da 35 oyunda ilk 11-likdə yer alıb və 17 qol və 4 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.

Oxşar xəbərlər