Cəmiyyət
4-07-2023, 12:25
1 777
Lisey və gimnaziyalar üçün seçimlər başa çatır
Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər bu gün saat 16:00-da başa çatacaq.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı (https://sy.edu.az/login) vasitəsilə həyata keçirilir.
Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur.
Qeyd edək ki, nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.