Cəmiyyət
4-07-2023, 13:42
1 785
Bakıda moped sürücüsünə görə süni tıxac yaradıldı
Bakıda məcburi süni tıxac yaratmaqla moped sürücüsünün saxlanılması mümkün olub.
Hadisə Xəzər rayonu, Mərdəkan-Buzovna qəsəbəsi istiqamətində baş verib.
1994-cü ildə Şamaxıda anadan olan Şamxal (şərti) Mərdəkan şossesindən üzü Buzovna yolu istiqamətində mopedlə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən tətbiq olunan əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Bu zaman əraziyə YPX-nin başqa əməkdaşları da cəlb edilib və onların köməyi ilə moped saxlanılıb. Bu zaman sürücü mopeddə olan sərnişini düşürdərək, hadisə yerindən qaçmağa cəhd edib.
YPX əməkdaşları dərhal qarşıda olan çağırı patrul avtomobillərində xidmət göstrən əməkdaşlara məlum veriblər. Polis əməkdaşları yolda süni tıxac yaratmaqla Şamxalın idarə etdiyi mopedi məcburi qaydada dayandırıblar. Sürücü hadisə yerində yayınmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb və Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılıb.
Məhkəmənin qərarı ilə Şamxal İnzibati Xətalar Məcələəsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub.