Cəmiyyət
4-07-2023, 16:37
6 798
Anar Nağılbaz haqqında xatirələr: Arvadı qısqanc idi
"Anar Nağılbaz heç bir konsertə pulsuz çıxmırdı. Gəlirdi, səhnəyə çıxmazdan əvvəl pulunu alırdı. Pulu almadan oxumurdu. Sponsorlar ona yaxşı pul verirdi. Hərdən konsertlərdə ona zərfdə yüksək məbləğlər göndərilirdi. O da həmin pulları kasıblara paylayırdı".
Axşam xəbər verir ki, bunu müğənni Cəmilə Hüseynova "O üz" verilişində deyib.
Nağılbazın vəfatından danışan Cəmilə bildirib: "Anar ölməyəcəkdi, çox stres keçirtdi. Demişdi ki, Amerikaya gedək, orada danışmışam, çalışaraq. Sənədləri hazırladıq, səfirlik geri qaytardı. Üstündən 6-7 ay keçdi, bir də müraciət etdik. Stresdən yenə yaxşı cavab vermədi səfirə. Amerika səfəri alınsaydı, Anar yaşayacaqdı. Deyirdi, dərddən, bəladan uzaqlaşmaq istəyirəm".
O, Nağılbazın sevgi həyatından söz açıb:
"Arvadı ona qarşı düz etmədi. Qısqanclıq buna çatdırdı. Bəlkə də Anjelika indi peşmandır. Sənət adamını qısqanmaq olmaz. 2 övladı var... Xanımından ayrılandan sonra sevgilisi var idi, İsraildə yaşayırdı. Elə sevirdi onu. O eşqlə yaşayırdı ki, qızla görüşəcəklər.
Atası ona dəstək olsaydı, həyatı başqa cür olardı. Anası Anarın yanında olub hər zaman".
Anası Şərqiyyə Cəbiyeva reperin ölümündən danışıb:
"Kaş mən öləydim, çox pis oluram. Ölməzdən bir gün əvvəl gəlib boynuma sarıldı, o qədər öpdü ki... Dedi, ana, bu gündən Anar olmayacaq. Üstündən 2 saat keçmədi, gördüm Anar yıxılıb. Qışqırdım ki, Anar yıxıldı. Məni qoymadılar onu görüm. Eyvanda yıxılıb, bədəninin yarısı aşağı sallanıb, yarısı içəridə, ağzından qan gəlib. Apardılar, elə bilirəm ki, xəstəxanaya aparırlar. Sən demə, məscidə aparırlarmış".