Olimpiya çempionuna vəzifə verildi - FOTO
8-07-2023, 13:15
15 963

Olimpiya çempionuna vəzifə verildi - FOTO

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.
Prosport.az xəbər verir ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.
O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.
Qeyd edək ki, T.Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.



Oxşar xəbərlər