İsti hava can aldı - 4 nəfər öldü
8-07-2023, 14:36
16 008

İsti hava can aldı - 4 nəfər öldü

Çində 4 nəfər isti hava şəraiti ilə əlaqədar olaraq həyatını itirib. 
Bakupost.az xəbər verir ki, vəfat edənlərin 2-si Pekin, digər 2-si isə Hebei əyalətinin sakini olub.
Hebei əyalətində hava şəraiti ilə bağlı “qırmızı siqnal” elan edilib.
Digər şəhərlərdə isə hava temperaturunun 40-43 dərəcə olacağı bildirilib.
Çin Milli Meteorologiya Mərkəzi ictimaiyyəti həftə sonu açıq fəaliyyətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Çinin dörd mərhələli isti hava xəbərdarlığı sistemində "qırmızı siqnal" ən yüksək xəbərdarlıq səviyyəsini təmsil edir, ondan sonra “narınc”, “sarı” və “mavi” xəbərdarlıq gəlir. 

Oxşar xəbərlər